Xəbərin kodu: 1356
Yayım tarixi: 28 July 2010 - 10:42
printPrint
Dosta göndərDosta göndər
Ayətullah Məkarim Şiraziyə məxsus internet saytı, Qurani-kərim soft disk proqramı ilə təmin edilib
Bu proqram vasitəsilə, Ayətullah Məkarim Şirazinin təlif etdiyi Nümunə təfsiri əsasında ayələrin izahı, təfsirini rahatlıqla əldə etmək mümkün olacaq.
Şəbistan xəbər agentliyinin məlumatına görə, mübarək Ramazan ayının yaxınlaşması və istifadəçilərin asanlıqla Quran təfsiri əldə etmələri məqsədilə, ayətullah Məkarimin dəftərxanasının soft disk proqramları bölməsi, yeni Qurani-kərim soft disk proqramını hazırlamışdır.
Sözügedən proqram, Ayətullah Məkarimin təfisiri əsasında Ustad Pərhizkarın qiraəti ilə Quranın tam mətnini ehtiva edir.
Proqramda nəzərə çarpan məqamlardan biri, Nümunə təfsiri əsasında ayələrin yerləşdirilməsidir.
Sözügedən bölmənin məsul şəxsi, tezliklə həmin üslubda proqramda Nəhcül-Bəlağə, yeni məfatihlər, ayətullah Məkarim Şiraziyə məxsus risalənin izahlı mündəricatı da yerləşdirilərək, maraqlananların ixtiyarında qoyulacaqdır.
* Ad:
E-mail:
* Şərh: