Xəbərin kodu: 1351
Yayım tarixi: 28 July 2010 - 10:14
printPrint
Dosta göndərDosta göndər
Argentinalı tədqiqatçı: əmr be məruf və nəhy əz münkər zühur üçün şərait yaradır
Argentinalı tədqiqatçı alim deyib: “yaxşılıqlara əmr və pisliklərdən çəkindirmə, səciyyəvi əxlaqı əldə etmək və məzlumların dadına yetişmək xilaskarın zühuru üçün şərait yaradır.
Argetntinalı tədiqatçı alim Elizabet Yunus, məhdəviyyət doktorinası konfransının 2-ci gününün haşiyəsində, “Şəbistan” jurnalisti ilə müsahibəsində “həqiqi müntəzirin xüsusiyyətinə dair” verilmiş sualı belə cavablandırıb: “əsil müntəzir öz dini vaciblərini yerinə yetirməli və həyatını İslamla uyğunlaşdırmalıdır; yəni, həqiqi müntəzir həyatın bütün sahələrində məhdəviyyətin təbliğatçısı olmalıdır”.
Elizabet Yunus sözünə belə davam edib: “xilaskarın zühuru üçün intizar çəkmək, yalnız gözləmək, səbr etməklə kifayətlənmir, əslində, müntəzir fərəcin intizarı ilə yanaşı, müxtəlif sahələrdə fəal olmalı və din yolunda sabit qədəm olmalıdır”.
Sözügedən alim, “imamın zühuru üçün nə etməliyik?” sualına belə cavab verib: “özümüzü düzəltməkdən başlamalıyıq, islami səciyyəvi əxlaqı özümüzdə cilvələndirməliyik; çünki, bir sıra müsəlmanlar şəri vacibləri yerinə yetirsələr də münasib islami əxlaqa sahib deyillər; halbu ki, islami prinsiplərə təəssi etməklə, təkamülə yetişməli və yaxşılıqlara əmr və pisliklərdən çəkindirmə prinsipini cəmiyyətdə yaymalıyıq”.
Argentinalı tədqiqatçı alim deyib: “yaxşılıqlara əmr və pisliklərdən çəkindirmə, səciyyəvi əxlaqı əldə etmək və məzlumların dadına yetişmək xilaskarın zühuru üçün şərait yaradır”.
* Ad:
E-mail:
* Şərh: